Goranboyda "Mercedes" yük maşını ilə toqquşdu - Sürücü yaralandı 

Goranboyda "Mercedes" yük maşını ilə toqquşdu - Sürücü yaralandı 
Hadisə 04 Aprel 2026 - 23:00

Goranboyda yük və minik avtomobili toqquşub. Zekainfo.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Meşəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşınının sürücüsü 2002-ci il təvəllüdlü T.Quliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt üzrə araşdırma aparılır.

reklamlar

Digər xəbərlər