Dünya
12:19, Bugün
"Qarabağ şübhəsiz ki, Azərbaycana məxsusdur".
Zekaisiginda.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.
Müqəddəs Müdafiə Həftəsinin açılış mərasimində çıxış edən İran prezidenti Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışarkən deyib ki, regionda ermənilərin təhlükəsizliyini və hüquqlarını qorumaq lazımdır: "İran silahlı qüvvələrinin nüfuzlu mövcudluğu regionda hər hansı geosiyasi sərhəd dəyişikliyinin qarşısını alacaq".