Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Dünya 05 Noyabr 2026 - 09:45

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq.

Zekainfo.az xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb.

Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb.

Ölkə miqyasında gerçəkləşdiriləcək yağış duaları yerli vaxtla saat 05:59-da məscidlərdə oxunacaq. Müsəlmanlar bu ibadətdə iştirak etməyə, tövbə etməyə və ehtiyacı olanlara sədəqə verməyə dəvət olunublar.

İştirakçılara sadə geyimlərə üstünlük vermələri və təvazökarlıqla ibadət etmələri tövsiyə edilib.

Qeyd edək ki, İslam ənənəsində quraqlıq zamanı yağış diləmək məqsədilə yerinə yetirilən İstiska duası Allahın rəhmətini diləmək üçün kollektiv şəkildə icra olunur.

reklamlar

Digər xəbərlər