ETÜD: «ANA QƏLBİ»

ETÜD: «ANA QƏLBİ»
Cəmiyyət 04 Noyabr 2026 - 11:24
Rollar:

- Ana – Çiçək

- Qız – Arzum

Səhnənin gedişi

1. Kədər

Arzum telefondakı mesaja baxır. Oxuduqları onu sarsıdır. Telefonu sinəsinə sıxaraq göz yaşlarını saxlamağa çalışır, lakin bacarmır. Səssizcə ağlayır.

2. Ananın hiss etməsi

Ana otağa daxil olur, qızının kədərini görüb yaxınlaşır. Ona toxunmaq istəyir, lakin Arzum üzünü yana çevirir. Ana sakitcə yanında əyləşərək əlindən tutur.

3. Ana sevgisi

Arzum əvvəlcə əlini geri çəksə də, anasının nəvazişi qarşısında yumşalır. Ana onun göz yaşlarını silir və qızını bağrına basır. Sözsüz sevgisi ilə ona təsəlli verir.

4. Dərin məqam

Arzum anasının qucağında ağlayır, sonra başını qaldıraraq sual dolu baxışlarla ona baxır: «Mən niyə sevilmədim?»
Ana qızının üzünü ovucları arasına alır, gözlərinin içinə baxır. Əlini əvvəlcə öz ürəyinə, sonra qızının ürəyinə qoyaraq ona ana sevgisinin əbədiliyini hiss etdirir.

5. Final

Ana qızının əlindən tutaraq onu güzgüyə tərəf yönəldir. Arzum öz əksinə baxır, göz yaşlarını silir və dik dayanır. Ana arxadan onu qucaqlayır. Qız anasının əlini öpür, ana isə onun alnından öpərək sevgisini ifadə edir. Arzumun baxışlarında artıq ümid və güvən duyulur.

Etüdün əsas mesajı

«Bir insanın sevgisi səni yaralaya bilər, amma ananın sevgisi sənə yenidən ayağa qalxmaq gücü verər».

Cəmilə Çiçək
Müəllif və Ana obrazında

reklamlar

Digər xəbərlər