Hadisə
23:00, 04 Aprel 2026
Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarında küçələrin birində içərisində pul əskinazları olan paket tapılması barədə məlumat daxil olub. Zekainfo.az-ın Teleqraf-a istinadən xəbərinə görə, şöbə əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, həmin pulları itirən şəxs müəyyən edilərək polis şöbəsinə dəvət olunub və ona məxsus pul vəsaitləri təhvil verilib.
Adının açıqlanmasını istəməyən rayon sakini paketin içərsində 4000 manatdan artıq pul olduğunu, həmin pulları kredit borcunu ödəmək üçün topladığı bildirib.
Vətəndaş göstərilən böyük köməkliyə görə polis əməkdaşlarına öz minnətdarlığını bildirib.