Aprelin 4-ü saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır. Zekainfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şahdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır. Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
Xəbər
04 Aprel 2026 - 22:31
Digər xəbərlər
Xəbər
22:00, 04 Aprel 2026
Xəbər
21:38, 04 Aprel 2026
Saatlı sakini 4000 manatını itirdi – Polis tapıb qaytardı
Xəbər
21:00, 04 Aprel 2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Xəbər
20:34, 04 Aprel 2026
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI AÇIQLANDI
Xəbər
19:31, 04 Aprel 2026
Sabah yağış, qar yağacaq
Xəbər
19:00, 04 Aprel 2026