Hava Limanı yolunda sürət həddi endirildi 

Hava Limanı yolunda sürət həddi endirildi 
Xəbər 04 Aprel 2026 - 17:00

Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib.

Bu barədə Zekainfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

reklamlar

Digər xəbərlər