Salyanda 43 yaşlı qadın itkin düşüb - FOTO

Salyanda 43 yaşlı qadın itkin düşüb - FOTO
Hadisə 04 Aprel 2026 - 18:33

Salyan rayonunda 43 yaşlı qadın itkin düşüb.z

Zekainfo-nun məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-si, axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək və şalvar olub. Bildirilir ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya onun barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85055 390 87 87055 822 30 80) müraciət etmələri xahiş olunur.

Salyanda 43 yaşlı qadın itkin düşdü

reklamlar

Digər xəbərlər