Dünya
16:51, Bugün
Türkiyəyə məxsus maye qaz daşıyan tanker Odessada (Ukrayna) dron hücumu nəticəsində vurulub.
Zekainfo.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Odessa vilayətindəki İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan "ORINDA" adlı gəmi vurulub. Gəminin dron hücumu nəticəsində zərbə aldığı qeyd olunub.
Məlumata görə, heyət təxliyə edilib.