İsrail ilə İran arasında təkrar münaqişə riski var

İsrail ilə İran arasında təkrar münaqişə riski var
Dünya 17 Noyabr 2025 - 07:49

İran İsraillə təkrar münaqişə ehtimalının olduğunu etiraf edib.

Zekainfo.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyindəki mənbə jurnalistlərə bildirib.

"Əlbəttə ki, risk var, amma bunun nə qədər böyük olduğunu demək çətindir. İran 12 günlük müharibənin dərslərini öyrənib", - deyə mənbə qeyd edib.

Adı açıqlanmayan mənbənin sözlərinə görə, qarşı tərəf də eyni dərsləri öyrənməli idi: "Onlar başa düşməlidirlər ki, yeni bir hücum olarsa, eyni ssenari təkrarlanacaq, amma Tehran üçün bu, artıq sürpriz olmayacaq".

reklamlar

Digər xəbərlər