Azərbaycanda işsizlərin sayı açıqlandı

Azərbaycanda işsizlərin sayı açıqlandı
Xəbər 14 Noyabr 2025 - 17:31

Cari ilin noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min 900 nəfər olub.

Zekainfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onların 51,2%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 499,3 manat olub.

reklamlar

Digər xəbərlər