Bakıda yaşayış binasında yanğın söndürüldü - Sakinlər təxliyə edildi - VİDEO-YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürüldü - Sakinlər təxliyə edildi - VİDEO-YENİLƏNİB
Hadisə 17 Mart 2026 - 12:30

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Zekainfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

 

*** 11:32

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Zekainfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

reklamlar

Digər xəbərlər