Hadisə
10:43, 13 Mart 2026
Bakıda piyadanın həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zekainfo.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Əbil Səmədli idarə etdiyi “Az Samand” markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada 1976-cı il təvəllüdlü Hikmət Məlikovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.