İraqda ABŞ səfirliyinə PUA hücumunun qarşısı alınıb

İraqda ABŞ səfirliyinə PUA hücumunun qarşısı alınıb
Dünya 16 Mart 2026 - 11:49

Bağdaddakı  ABŞ səfirliyinə doğru uçan pilotsuz uçuş aparatı (PUA) İraqın paytaxtı Bağdadın mərkəzində vurulub. 

Zekainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri dronu şəhər mərkəzindəki ABŞ diplomatik missiyasının yaxınlığında ələ keçirərək məhv edib. Hazırda səfirliyin yerləşdiyi ərazidə hava hücumu sirenləri səslənir.

Bir gün əvvəl "Al Hadath TV" telekanalı ABŞ-nin İraqdakı səfirliyinin Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən logistika mərkəzinin raket hücumuna məruz qaldığını bildirmişdi. 

reklamlar

Digər xəbərlər