Xocavənd kəndinə daha 32 ailə yola salındı - YENİLƏNİB

Xocavənd kəndinə daha 32 ailə yola salındı - YENİLƏNİB
Cəmiyyət 30 Aprel 2026 - 13:35

Xocavənd rayonunun eyni adlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.

Zekainfo.az "Report"a istinadən xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Kəndə köçürülən ailələr ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.

***

Xocavənd rayonunun eyniadlı kəndinə növbəti köç karvanı yola salınıb.

Zekainfo.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, bununla da Xocavənd kəndinə köçürülən ailələrin sayı 66-ya (277 nəfər) çatıb.

reklamlar

Digər xəbərlər