Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 
Cəmiyyət 30 Aprel 2026 - 17:11

Sumqayıt şəhərində 1 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Zekainfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Verilən məlumata görə, Sumqayıt şəhərinin "Beton zavod" adlana ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən ərazidəki 1 800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

reklamlar

Digər xəbərlər