QHT-lərin inkişafına yeni impuls: Qrant müsabiqələrinin qalibləri ilə geniş görüş keçirildi

QHT-lərin inkişafına yeni impuls: Qrant müsabiqələrinin qalibləri ilə geniş görüş keçirildi
Cəmiyyət 16 Mart 2026 - 10:28
2026-cı il martın 13-də Bakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2026-cı il üzrə qrant müsabiqələrinin qalibi olmuş QHT rəhbərləri ilə geniş görüş keçirilib. Görüşdə həmçinin Agentliyin bp şirkəti və Qarabağ Dirçəliş Fondu ilə birgə elan etdiyi müsabiqələrin qalibləri də iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.
Görüşə Agentliyin Müşahidə Şurasının üzvləri ilə yanaşı, 300-ə yaxın qeyri-hökumət təşkilatının rəhbəri qatılıb. Tədbir zamanı qalib layihələrin icrası ilə bağlı əsas gözləntilər diqqətə çatdırılıb, layihələrin səmərəli və şəffaf şəkildə həyata keçirilməsi istiqamətində mühüm tövsiyələr verilib. Eyni zamanda iştirakçıların sualları cavablandırılıb və qrant layihələrinin icrası ilə bağlı zəruri izahlar təqdim olunub.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi olaraq mən də bu görüşdə iştirak etdim. Qeyd etmək istərdim ki, təşkilatımız uzun illərdir müxtəlif istiqamətlər üzrə uğurlu sosial və maarifləndirici layihələr həyata keçirir. İnanırıq ki, hazırda qalibi olduğumuz layihə də yüksək səviyyədə icra olunacaq və cəmiyyətimiz üçün faydalı nəticələr verəcək.
Cəmilə Çiçək
QHT sədri,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər