Natiq Məmmədli: “Süni intellekt insan zəkasının alternativi deyil”

Natiq Məmmədli: “Süni intellekt insan zəkasının alternativi deyil”
Xəbər 27 Oktyabr 2025 - 14:04

“Biz artıq rəqəmsal dövrdə yaşayırıq. İstərdik ki, jurnalistlərimiz süni intellektlə bağlı daha çox məlumatlansın və maariflənsinlər".

Zekainfo.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, süni intellekt insan zəkasının alternativi deyil:

“Məsələyə jurnalist kimi yanaşaq - süni intellekt sadəcə insan düşüncəsini təqlid edir və onun müəyyən funksiyalarını həyata keçirir. Onun tövsiyələri faydalıdır, bizi sonsuz informasiya mühitinə bağlayır. Amma mən düşünürəm ki, o, həlledici amil deyil".

reklamlar

Digər xəbərlər