Hikmət Hacıyev və Armen Qriqoryan ilk dəfə birlikdə müsahibə verdilər

Hikmət Hacıyev və Armen Qriqoryan ilk dəfə birlikdə müsahibə verdilər
Siyasət 10 Dekabr 2025 - 09:39

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan ilk dəfə "Euronews" kanalına birlikdə müsahibə veriblər.

Zekainfo.azHikmət Hacıyevlə Qriqoryanın müsahibəsindən fikirlərini təqdim edir: 

Hikmət Hacıyev:

● Azərbaycan və Ermənistan birlikdə mövcud olan fikir ayrılıqlarını bir kənara qoymaq, sülhə doğru birlikdə irəliləmək qərarına gəliblər

● Vaşinqtonda əldə edilən böyük, razılaşma TRIPP-in həyata keçirilməsinə gətirib çıxaracaq ki, bu da Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək.

Armen Qriqoriyan:

● TRİPP-in icrası hazırda ABŞ ilə intensiv şəkildə müzakirə olunur. Ümid edirəm ki, bu, çox yaxında baş tutacaq.

● Biz etimad qurmağa və bu istiqamətdə irəliləməyə çalışırıq

● Biz əminik ki, regional iqtisadi layihələrin həyata keçirilməsi sülhü möhkəmləndirəcək, həmçinin hər iki cəmiyyət üçün iqtisadi fayda verəcək.

reklamlar

Digər xəbərlər