Tramp marşrutunun (TRIPP və ya Zəngəzue dəhlizi) inşasına gələn il başlanılacaq.
Zekainfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib.
Paşinyanın sözlərinə görə, hazırda Ermənistan ABŞ tərəfi ilə layihənin ümumi şərtləri üzrə intensiv danışıqlar aparır.
O bildirib ki, "TRIPP Company" adlı yeni qurum dəmir yolu və avtomobil yolu infrastrukturu, neft və qaz boru kəmərləri, eləcə də fiber-optik rabitə xətlərinin inkişafı üçün səlahiyyətə malik olacaq.
“Layihənin mərhələli şəkildə icrasına gələn il başlayacağıq”, — Paşinyan vurğulayıb.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Həmin gün Azərbaycan, Ermənistan və ABŞ liderləri birgə bəyanat imzalayaraq TRIPP layihəsini dəstəklədiklərini açıqlamışdılar.