Pakistan ordusu Azərbaycan dövlətinin yanındadır - Şahbaz Şərif

Pakistan ordusu Azərbaycan dövlətinin yanındadır - Şahbaz Şərif
Siyasət 06 Mart 2026 - 15:14

Pakistan Baş naziri Şahbaz Şərif İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınayıb.

Zekainfo.az xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

    Şahbaz Şərif bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib.

    Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb.

    reklamlar

    Digər xəbərlər