Azərbaycanla BƏƏ bu sahədə əməkdaşlıq edəcək

Azərbaycanla BƏƏ bu sahədə əməkdaşlıq edəcək
Siyasət 17 Noyabr 2025 - 17:38

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.

Zekainfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, memorandum bu il sentyabrın 16-da Şuşa şəhərində imzalanıb.

reklamlar

Digər xəbərlər