Medianın İnkişafı Agentliyi və "Euronews" telekanalının birgə təşəbbüsü ilə keçirilən "Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika ("Digital Journalism")" mövzusunda növbəti təlim proqramına başlanıb.
Zekainfo.az xəbər verir ki, açılış mərasimində çıxış edən "Euronews"un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, "Euronews Academy" proqramı beynəlxalq media təcrübəsinin jurnalistlərlə paylaşılması üçün mühüm platformadır.
O qeyd edib ki, "Rəqəmsal Jurnalistika" təlimi iştirakçılara qlobal media standartlarını və yeni texnologiyaların tətbiqini praktik şəkildə öyrənmək imkanı yaradır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, medianın inkişafı innovativ yanaşmalar və peşəkarlığın artırılması ilə birbaşa bağlıdır.
O qeyd edib ki, sözügedən beynəlxalq layihələr yerli jurnalistlərin rəqəmsal bacarıqlarının güclənməsinə və media mühitinin dayanıqlı inkişafına töhfə verir.
Təlimin ilk günü "Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika" mövzusuna həsr olunub. İştirakçılar "Euronews" telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsipləri ilə tanış olacaqlar.
Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları, video analizlər ilə davam edəcək.
Qeyd edək ki, "Euronews" telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, "Euronews"un Yunan xidmətinin və "Euronews" Daşkənd Bürosunun rəhbəri Akis Tatsis tərəfindən aparılan təlim proqramının növbəti günlərində "Sosial media və "YouTube" kanalının idarə olunması", "Mobil jurnalistika" modulları üzrə sessiyalar keçiriləcək.
"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıb - FOTOLAR
Cəmiyyət
17 Noyabr 2025 - 17:42
Digər xəbərlər
Cəmiyyət
09:37, Bugün
Cəmiyyət
07:36, Bugün
Azərbaycanda Milli Dirçəliş Günüdür
Cəmiyyət
17:41, 14 Noyabr 2025
ARB TV-nin fəaliyyətinə xitam verilir
Cəmiyyət
11:35, 14 Noyabr 2025
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda - FOTOLAR
Cəmiyyət
09:45, 14 Noyabr 2025
Zeynal Nağdəliyev yeni başçını kollektivə təqdim etdi
Cəmiyyət
12:20, 13 Noyabr 2025