17 yaşında futboldan 99 illik uzaqlaşdırıldı

17 yaşında futboldan 99 illik uzaqlaşdırıldı
İdman 17 Noyabr 2025 - 11:27

İsrail Futbol Assosiasiyasının (IFA) İntizam Məhkəməsi “Yermiahu Holon” klubunun gənclər komandasının futbolçusunu 99 il müddətinə diskvalifikasiya edib.

Zekainfo.az xəbər verir ki, buna oyunçunun matçdan sonra rəqib komandanın üzvünə hücum çəkməsi səbəb olub. 17 yaşlı oyunçu paltardəyişmə otağının yaxınlığında rəqibini döyməyə başlayıb.

Görüntülər yerli telekanallardan biri tərəfindən yayımlanıb.İnsidentə görə klub cərimələnib, bir il sınaq müddəti verilməklə komandanın şərti olaraq 3 xalı silinib.

reklamlar

Digər xəbərlər