Telegram-ın baş direktoru Fransanı Rumıniya seçkilərinə müdaxilədə ittiham edir, Quai d'Orsay bunu rədd edir

   Telegram-ın baş direktoru Fransanı Rumıniya seçkilərinə müdaxilədə ittiham edir, Quai d'Orsay bunu rədd edir
Dünya 20 May 2025 - 20:00


 

Pavel Durov DGSE-ni Rumıniyadakı seçkilər ərəfəsində ondan "mühafizəkar səsləri susdurmağı" istəməkdə günahlandırır, bu iddia Fransa hakimiyyəti tərəfindən qəti şəkildə rədd edilir.

 

Telegram mesajlaşma proqramının sahibi Pavel Durov bazar günü Fransanın xarici kəşfiyyat agentliyinin rəhbəri Nikolas Lerneri ondan Rumıniyadakı seçkilərə müdaxilə etməyi xahiş etməkdə ittiham edib.

 

Franko-Rusiya milyarderinin sözlərinə görə, Nikolas Lerner, AB tərəfdarı namizəd Nikuşor Danın sərt sağçı namizəd George Simionu məğlub etdiyi Rumıniyada keçirilən son prezident seçkilərindən əvvəl ondan mühafizəkar səsləri proqramdan qadağan etməyi xahiş edib.

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az

 

reklamlar

Digər xəbərlər