QHT sədri: “Külək məni yaralama” şeiri Şərafət Dağıstanlıya məxsusdur və bu unudulmamalıdır

QHT sədri: “Külək məni yaralama” şeiri Şərafət Dağıstanlıya məxsusdur və bu unudulmamalıdır
Cəmiyyət 20 May 2025 - 16:34

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri Cəmilə Çiçək sosial şəbəkə üzərindən etdiyi paylaşımda tanınmış şairə Şərafət Dağıstanlının yaradıcılığına xüsusi diqqət çəkib.

Zekainfo.az xəbər verir ki, o, "Elmlər Akademiyası" metro stansiyasında təsadüfi görüş zamanı Şərafət Dağıstanlı gördüyünü və bu görüşün onu "Külək məni yaralama" adlı məşhur mahnının sözlərinin müəllifini xatırlamağa vadar etdiyini bildirib.

Cəmilə Çiçək qeyd edib ki, bu təsirli misralar çox zaman tanınmış ifaçılar tərəfindən səsləndirilsə də, təəssüflə qeyd olunur ki, şeir müəllifi Şərafət Dağıstanlı adı çox vaxt çəkilmir. O bildirib:

“Əmma təəssüf olsun ki, ifaçılar söz yazarının adını heç vaxt çəkmirlər. Həmin şeiri oxucularımıza təqdim edib, Şərafət xanıma Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı və yaradıcılığında nailiyyətlər arzulayırıq.”

Cəmilə Çiçək paylaşımında şeirin tam mətni ilə yanaşı, onun poetik gücünü və milli dəyərlərə bağlılığını da vurğulayıb. Şeirdə təbiətə, torpağa, insanın duyğularına və milli poetik ruhumuza xas incəliklər ön plandadır.

Bir bülbüləm, xoş nəfəsli,
Həmdəmimdir bahar fəsli.
Xoşlamıram dar qəfəsi,
Bağban, məni yaralama,
Çəmənlərdən aralama...

 


reklamlar

Digər xəbərlər