Rusiya: Amnesty International prokurorluq tərəfindən “arzuolunmaz təşkilat” elan edilib

Rusiya: Amnesty International prokurorluq tərəfindən “arzuolunmaz təşkilat” elan edilib
Dünya 20 May 2025 - 19:30


 

İnsan haqları üzrə QHT Kremlin dissidentlərə qarşı repressiyalarının son hədəfidir. Ölkənin hakimiyyət orqanları Amnesty İnternational təşkilatı ilə əməkdaşlıq etməyi və ya maliyyə dəstəyini cinayət məsuliyyətinə cəlb edib.

 

Rusiya hökuməti Amnesty İnternational-ı "arzuolunmaz təşkilatlar" siyahısına salaraq, ölkədə mövcudluğunu qanunsuz hesab edib.

 

Rusiya hakimiyyətinin bu qərarı o deməkdir ki, Nobel mükafatı almış QHT Rusiyadakı bütün fəaliyyətini dayandırmalı olacaq və onunla əməkdaşlıq edən və ya sosial şəbəkədə yazı paylaşmaqla belə ona dəstək verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az 

reklamlar

Digər xəbərlər