
Dünya
20:00, Bugün
Amerikalı həmkarı ilə telefon danışığı zamanı Vladimir Putin bildirib
ki, Rusiya Ukrayna ilə müəyyən müddətə mümkün atəşkəs daxil olan “memorandum”
üzərində işləməyə “hazırdır”.
Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon
danışığında “düzgün razılaşmalar əldə olunarsa, atəşkəs mümkündür” deyib.
Dövlət agentliyinin TASS-a istinadən verdiyi məlumata görə, Kreml rəhbəri
həmçinin bildirib ki, Rusiya Kiyevlə “gələcək sülh müqaviləsi haqqında
memorandum” üzərində işləməyə “hazırdır”.
Prezident Putin üçün İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının
bərpası tərəflərin “ümumiyyətlə düzgün yolda” olduğunu göstərir.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az