
İqtisadiyyat
18:53, 16 May 2025
Aİ-nin sanksiyalarının yeni mərhələsi Türkiyədə Ukrayna və Rusiya
arasında birbaşa danışıqların raundu ərəfəsinə təsadüf edir.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini tətbiq
etmək qərarına gəlib və ölkə Ağ Evin və “İstəklilər Koalisiyası”nın təklif etdiyi
qeyd-şərtsiz 30 günlük atəşkəsdən imtina etməyə davam edərsə, yeni sanksiyalar
tətbiq etməklə hədələyir.
Bu addım Vladimir Zelenskinin Vladimir Putini Donald Trampın təsdiq
etdiyi formatda Türkiyədə birbaşa sülh danışıqları masasına oturmağa çağırdığı bir
vaxta təsadüf edir. Hələlik Kreml Rusiya prezidentinin həqiqətən İstanbula
səfər edib-etməyəcəyini təsdiqləməyib.
Tərcümə edəni Əlirza/Zekainfo.az