
Dünya
20:00, Bugün
Polad istehsalı ən çox karbon tutumlu sənayelərdən biridir və qlobal
istixana qazı emissiyalarının təxminən 9%-nə cavabdehdir.
Çərşənbə axşamı açıqlanan hesabata görə, Hindistanın onilliyin sonuna
qədər polad istehsalını iki dəfə artırmaq planları onun milli iqlim məqsədlərinə
və polad sənayesindən istixana qazı emissiyalarının azaldılmasına dair əsas
qlobal hədəfinə təhlükə yarada bilər.
Dünya miqyasında enerji layihələrini izləyən Global Energy Monitor təşkilatının
hesabatı göstərir ki, polad sənayesini karbonsizləşdirmə səyləri bütün dünyada
sürət qazanır.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az