
Dünya
20:00, 20 May 2025
İsrailin bir sıra əsas müttəfiqləri İsrailin hücumunu dayandırmasa və
Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə verməsə, konkret
sanksiyalar tətbiq edəcəyinə söz verib.
İsrailə təzyiqlər artmaqda davam edir. Bazar ertəsi, mayın 19-da
Böyük Britaniya, Fransa və Kanada Benyamin Netanyahu müttəfiqlərinin “açıq-aşkar”
eskalasiya kimi qiymətləndirdiyi “bütün” Fələstin ərazisinə nəzarəti ələ keçirməyə
yönəlmiş hərbi əməliyyata son qoymasa, yəhudi dövlətini sanksiyalarla hədələyib.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az