Bəzi rayonlara yağış yağıb, külək güclənib

Bəzi rayonlara yağış yağıb, külək güclənib
Cəmiyyət 17 İyul 2026 - 09:47

Azərbaycanda müşahidə olunan hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağıntı qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 09:00-a olan məlumatına görə, bəzi ərazilərdə şimşək çaxıb və yağış yağıb.

Ən çox yağıntı Gəncədə 11 mm qeydə alınıb. Həmçinin Şəmkir, Sarıbaş (Qax), Balakən və Oğuzda 4 mm, Şəkidə 2 mm, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada isə 1 mm yağıntı düşüb.

Məlumata əsasən, iyulun 16-da bəzi bölgələrdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də Mingəçevirdə 21 m/s, Gəncədə 20 m/s, Culfada isə 19 m/s təşkil edib.

reklamlar

Digər xəbərlər