Xədicə Rəhimova vəfat etdi

Xədicə Rəhimova vəfat etdi
Hadisə 15 İyul 2026 - 12:57

Azərbaycanlı gənc model Xədicə Rəhimova xərçəng xəstəliyindən dünyasını dəyişib.

Zekainfo.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 20 yaşlı model son altı il ərzində ağır xəstəliklə mübarizə aparıb.

Məlumata görə, 2022-ci ildə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə onun ayağı amputasiya olunub. Buna baxmayaraq, Xədicə Rəhimova mübarizəsini davam etdirərək daha sonra model kimi fəaliyyət göstərməyə başlayıb.

reklamlar

Digər xəbərlər