Müğənni Nəfəsin ifası zamanı yaşanan emosional anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Zekainfo.az xəbər verir ki, yayılan görüntülərdə Nəfəs səhnədə mahnı ifa edərkən, həmkarı Aysun İsmayılova duyğularına hakim ola bilməyərək hönkür-hönkür ağlayıb. Sənətçinin kövrəlməsi tədbirdə iştirak edənlərin də diqqətindən yayınmayıb.
Həmin anları əks etdirən video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çoxsaylı baxış toplayıb. İzləyicilər Aysun İsmayılovanın göz yaşlarının səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Görüntülər internet istifadəçiləri arasında geniş müzakirə olunub. Bəzi izləyicilər sənətçinin səmimi emosiyalarını anlayışla qarşılayıb, digərləri isə videoya fərqli şərhlər yazaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.