İqtisadiyyat
12:27, 10 İyul 2026
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Zekainfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,22 dollar və ya 6,42% artaraq 86,51 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 81,29 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.