Yamalın evinə basqın etmək istədilər - Mühafizəçilər qarşısını aldı

Yamalın evinə basqın etmək istədilər - Mühafizəçilər qarşısını aldı
İdman 15 İyul 2026 - 16:35

İspaniya yığmasının ulduzu Lamin Yamalın evində oğurluğa cəhd olunub.

Zekainfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Belə ki, soyğunçular səhər saatlarına gənc futbolçunun Esplugues de Llobregatdakı malikanəsinə girməyə cəhd edib. Lakin mühafizə əməkdaşları onların qarşısını alıb. 

Naməlum şəxslər ordan qaçmağı bacarıblar. Hazırda polis hadisəni araşdırır. 

 

reklamlar

Digər xəbərlər