Qusarda 27 yaşlı gənci sel apardı 

Qusarda 27 yaşlı gənci sel apardı 
Hadisə 05 Aprel 2026 - 18:00

Bu gün saat 14:04 dəqiqədə "112" qaynar telefon xəttindən Şimal Regional Mərkəzinin Operativ məlumat şöbəsinə Qusar rayonu, Gündüzqala kənd ərazisindən keçən Quru çayda 1 nəfəri sel aparması barədə məlumat daxil olub.

Zekainfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, Quru çaya sel gəlməsi nəticəsində Qusar rayonunun Gündüzqala kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu güclü sel aparıb.

Qusar FHK-dan məlumat təsdiqlənib.

reklamlar

Digər xəbərlər