
Dünya
18:21, 19 May 2025
Manitoba ştatının şərqində yanğınsöndürmə işlərini gücləndirmək,
təxliyə və xilasetmə işlərini asanlaşdırmaq üçün fövqəladə vəziyyət elan
edilib.
Kanada federal polisi cümə axşamı Kanadanın mərkəzi Manitoba
əyalətindəki kiçik Lac-de-Bonnet icması yaxınlığında iki nəfərin öldüyünü
açıqladı.
Vilayətdə çərşənbə axşamından bəri bölgəni külə çevirən böyük meşə
yanğınları ilə mübarizə davam edərkən, Sue və Richard Nowell adlı kişi və qadın
cəsədləri tapılıb.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az