Berlin və London Vladimir Putini tənqid edir və Kiyevi dəstəklədiklərini bir daha təsdiqləyirlər

Berlin və London Vladimir Putini tənqid edir və Kiyevi dəstəklədiklərini bir daha təsdiqləyirlər
Dünya 19 May 2025 - 13:26


Aİ-nin hərbi komandiri bəyan edib ki, Birlik Kiyevi Rusiyanın işğalına qarşı daha yaxşı təchiz etmək üçün bu il Ukraynaya iri çaplı sursat tədarükünü ikiqat artırmağı planlaşdırır.

Almaniya və Böyük Britaniya müdafiə nazirləri keçən il hərbi əməkdaşlıq sazişinin imzalanmasından sonra ilk Nazirlər Kabinetinin iclası üçün cümə axşamı Berlində görüşdülər.

“Bugünkü görüş göstərir ki, biz nəinki mühüm layihələri razılaşdırırıq, həm də onları birlikdə və kifayət qədər tez həyata keçiririk”, - Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az

 

reklamlar

Digər xəbərlər