
Dünya
18:21, 19 May 2025
İstanbulda ruslarla ukraynalılar arasında danışıqlar 1 saat 40 dəqiqə
davam edib. Nümayəndə heyətləri atəşkəs imkanlarını müzakirə edib və əsirlərin
kütləvi mübadiləsinə dair öhdəlik götürüblər.
Son üç ildə ilk Rusiya-Ukrayna danışıqları iki saatdan az davam etdi.
Nümayəndə heyətləri atəşkəsin yaradılması, Rusiya və Ukrayna
prezidentlərinin görüşünün mümkünlüyü və 1000 məhbusun mübadiləsini müzakirə
ediblər.
Rusiyanın baş müzakirəçisi Vladimir Medinskinin sözlərinə görə,
mübadilə "yaxın günlərdə (...) 1000-ə 1000 məzənnəsi ilə" baş
tutacaq.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az