Banqkokda göydələnin uçması ilə bağlı tikinti maqnatı ittiham olunur

Banqkokda göydələnin uçması ilə bağlı tikinti maqnatı ittiham olunur
Dünya 19 May 2025 - 10:30


Tailand maqnatı Premchai Karnasuta və daha 16 nəfər mart ayında baş verən zəlzələdə 92 nəfərin ölümünə səbəb olan Banqkok qüllə blokunun uçması ilə bağlı ittiham irəli sürülüb.

Tailandın tanınmış tikinti rəhbəri mühəndislər, dizaynerlər və inşaatçılarla birlikdə Myanmada martın 28-də baş verən zəlzələ nəticəsində Banqkokda göydələnin ölümcül uçması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaq üçün cümə günü polisə təslim olub.

Banqkok polis rəisinin müavini Noppasin Poonsawat mətbuat konfransında bildirib ki, "Ölümlə nəticələnən peşə səhlənkarlığı" ilə ittiham olunan 17 nəfər arasında İtaliya-Tay İnkişaf Şirkətinin sədri Premchai Karnasuta var.

Tərcümə edəni Əlirza/Zekainfo.az 

reklamlar

Digər xəbərlər