Polina Rəhimova milli karyerasını başa vurdu

Polina Rəhimova milli karyerasını başa vurdu
İdman 02 Sentyabr 2026 - 10:59

Voleybolçumuz Polina Rəhimova milli karyerasını başa vurub.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, hücumçu yığmadakı son oyununu ötən gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib.

Federasiya idmançımıza ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edib.

reklamlar

Digər xəbərlər