"Qalatasaray" axtardığı hücumçunu tapdı

"Qalatasaray" axtardığı hücumçunu tapdı
İdman 31 Avqust 2026 - 09:38

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Zekainfo.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Portu"nun hücumçusu Deniz Gülün keçidi ilə bağlı razılığa gəlməyə çox yaxındır.

Məlumata görə, tərəflər arasında transferin maliyyə şərtləri də müəyyənləşib. "Qalatasaray" 22 yaşlı futbolçu üçün "Portu"ya 10 milyon avro təzminat ödəyəcək. Razılaşmada əlavə olaraq 1 milyon avro bonus və oyunçunun növbəti satışından 10 faiz pay nəzərdə tutulub.

Qeyd edək ki, Deniz Gül 2024-cü ildə İsveçin "Hammarbyü" klubundan "Portu"ya transfer olunub.

reklamlar

Digər xəbərlər