Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək

Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək
Təhsil 02 Sentyabr 2026 - 09:51

Xaricdə ali təhsil alanlar üçün peşə tanınması imtahanı keçiriləcək

Zekainfo.az xəbər verir ki, xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan sentyabrın 29-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi əsasında təşkil olunacaq. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların tanınması üçün namizədlərin imtahanda uğur qazanması tələb olunur.

İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş şəxslər imtahandan 5 gün əvvəl DİM-in internet saytında yerləşdirilən elektron xidmət vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni əldə edə biləcəklər. Vərəqədə imtahanın keçiriləcəyi yer, bina, vaxt və digər zəruri məlumatlar əks olunacaq.

İmtahanda iştirakçılara ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablara görə isə ümumi baldan 0,25 bal çıxılacaq.

Namizədin imtahandan uğurla keçməsi üçün ən azı 15 bal toplaması tələb olunur.

Müəllimlik üzrə namizədlərin ixtisas və peşə bilikləri, həmçinin verbal məntiqi təfəkkürü; mühəndislik üzrə ixtisas bilikləri, peşə səriştələri və məntiqi təfəkkürü; hüquq üzrə isə ixtisas bilikləri və verbal məntiqi təfəkkürü yoxlanılacaq.

reklamlar

Digər xəbərlər