İranda toya hücumda yaralananların sayı artdı

İranda toya hücumda yaralananların sayı artdı
Dünya 02 Sentyabr 2026 - 11:11

İranın Hörmözqan ostanının Sirik şəhərində toy mərasiminin atəşə tutulması nəticəsində yaralananların sayı 68 nəfərə çatıb.

Zekainfo.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə ostanın qubernatorunun müavini Əhməd Nəfisi məlumat yayıb.

Son məlumatlara görə, hücum nəticəsində azı 5 nəfər ölüb. 

Qeyd edək ki, daha əvvəl İran tərəfi hücumda 50 nəfərin yaralandığını açıqlamışdı. 

reklamlar

Digər xəbərlər