Dünya
11:31, Bugün
ABŞ SEPAH rəhbərləri barədə məlumat üçün 10 milyon dollaradək mükafat vəd edir.
Zekainfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "Ədalət üçün mükafatlar" proqramının X səhifəsində paylaşılıb.
ABŞ-ın siyahısında beş yüksək vəzifəli şəxs yer alıb: SEPAH komandiri Əhməd Vahidi, "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının rəhbəri Əli Abdullahi, SEPAH Aerokosmik Qüvvələrinin PUA komandanı Səid Ağacani, SEPAH-ın Kiber-Elektron Komandanlığının rəhbəri Həmidrza Ləşkərian və SEPAH Kəşfiyyat Təşkilatının rəhbəri Məcid Xademi.