Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü

Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Hadisə 25 Avqust 2026 - 09:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zekainfo.az xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində Xətai rayonu Yusif Səfərov küçəsində qeydə alınıb.

Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyada keçidinin üzərində yolu sağdan sola keçən Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib.

Nəticədə, 1994-cü il təvəllüdlü piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

reklamlar

Digər xəbərlər