“Bəşəriyyət yox olur”

“Bəşəriyyət yox olur”
Dünya 25 Avqust 2026 - 11:31

"SpaceX" şirkətinin rəhbəri İlon Mask dünyada doğum səviyyəsinin azalması fonunda bəşəriyyətin yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

Zekainfo.az xəbər verir ki, İlon Mask bu barədə "X" sosial şəbəkəsində Sinqapurda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün görülən yeni tədbirləri şərh edərkən yazıb.

"Bəşəriyyət yox olur", - Mask qeyd edib.

Bundan əvvəl "Financial Times" Sinqapur hakimiyyətinin rekord səviyyədə aşağı düşən doğum göstəricisini artırmaq məqsədilə ailələrə hər uşaq üçün 55 min dollardan çox maliyyə dəstəyi verməyi planlaşdırdığını yazıb.

reklamlar

Digər xəbərlər