Cəmiyyət
11:02, Bugün
Naxçıvanda faciəvi hadisə baş verib.
Zekainfo.az xəbər verir ki, hadisə Babək rayonu Şıxmahmud kəndində qeydə alınıb.
2016-cı il təvəllüdlü, fiziki qüsurlu Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Azyaşlı xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.