Dənizdə batan Vüqarın da meyiti tapıldı 

Dənizdə batan Vüqarın da meyiti tapıldı 
Hadisə 25 İyun 2026 - 10:57

Bir neçə gün əvvəl Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan Lerik rayon sakini Vüqar Adnayevin cəsədi aşkar edilib.

Zekainfo.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb. 

Bildirilib ki, iyunun 21-də Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan - 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, o, Bakıda mebel sexində çalışırmış.

reklamlar

Digər xəbərlər